Ermənistan dövlət sərhədində atəşkəs rejimini pozub

   Ermənistan dövlət sərhədində atəşkəs rejimini pozub
  09 Noyabr 2020    Oxunub:3777
Ermənistan silahlı qüvvələrinin bölmələri Ermənistan-Azərbaycan dövlət sərhədində yerləşən Azərbaycan Ordusunun bölmələrinin mövqelərini minaatan və atıcı silahlardan yenə atəşə tutub.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən Azvision.az-a bildirilib ki, noyabrın 8-i axşam saatlarından 9-u gecə 00:50-dək Ermənistanın Berd və Çəmbərək rayonları istiqamətindən Azərbaycanın Tovuz və Gədəbəy rayonlarında yerləşən hərbi bölmələrimizin mövqeləri düşmən tərəfindən fasilələrlə atəşə tutulub.

Azvision.az


Teqlər: Sərhəd   Müdafiə-Nazirliyi  





Xəbər lenti