Bu günə olan hava proqnozu

Bu günə olan hava proqnozu
  09 Noyabr 2020    Oxunub:1542
Bu gün Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman olacağı gözlənilir. Mülayim cənub-qərb küləyi axşam şimal- qərb küləyi ilə əvəz olunacaq.
Milli Hidrometeorologiya Xidmətindən Azvision.az - a verilən məlumata görə, havanın temperaturu Abşeron yarımadasında gecə 8-11, gündüz 15-18, Bakıda gecə 9-11, gündüz 15-17 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 772 mm civə sütunundan 768 mm civə sütununa enəcək, nisbi rütubət gecə 70-80 faiz, gündüz 50-55 faiz olacaq.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, gecə və səhər saatlarında duman olacağı gözlənilir. Qərb küləyi əsəcək. Havanın temperaturu gecə 6-10, gündüz 15-18, dağlarda gecə 0-4, gündüz 6-10 dərəcə isti olacaq.

Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü, iqlim normasına yaxın temperatur rejimi gözlənilir ki, bu da meteohəssas insanlar üşün əsasən əlverişlidir.

Azvision.az



Teqlər: Hava   ETSN  





Xəbər lenti