Ermənilər daha 44 itkisini açıqladı - Aralarında muzdlular da var

Ermənilər daha 44 itkisini açıqladı -  Aralarında muzdlular da var
  09 Noyabr 2020    Oxunub:1881
İşğalçı Ermənistan Dağlıq Qarabağda məhv edilmiş daha 44 hərbçisinin adını açıqlayıb.
Azvision.az xəbər verir ki, siyahını erməni KİV-ləri dərc edib. Onlardan 12-si 19-20 yaşlı hərbi qulluqçu, 7-si ehtiyatda olan, 4-ü isə könüllüdür (onlar əsasən könüllü adı ilə döyüşə cəlb olunan muzdlulardır-red).

Xatırladaq ki, son vaxtlar Ermənistan tərəfi döyüş meydanındakı itkilərini açıqlamırdı.

Real faktlar təsdiqləyir ki, Ermənistan ordusunun itkiləri açıqlanan rəqəmlərdən qat-qat çoxdur. Üstəlik, işğalçı ölkə terrorçuları və muzduları döyüşlərə cəlb edir. Onların ölüm statistikası aparılmır.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Ermənistan  





Xəbər lenti