Balakəndə evi tərk edən COVID-19 xəstələri saxlanıldı

Balakəndə evi tərk edən COVID-19 xəstələri saxlanıldı
  09 Noyabr 2020    Oxunub:2311
Balakən Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri müvafiq tədbirlərlə COVID-19 virusuna yoluxmuş üç nəfər rayon sakininin yaşayış yerini tərk etdiyi müəyyənləşdirilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan Azvision.az -a bildirilib ki, rayonun Qazma kənd sakini A.Xəlilov, şəhər sakinləri Ş.Əhmədova və onunla eyni ünvanda yaşayan T.Kaltayevanın koronavirus testinin nəticəsi pozitiv çıxdığına görə, onlara ev şəraitində müalicə təyin olunub. Həmin şəxslərə yaşayış yerlərini tərk etməmələri, qaydalara riayət etmələri tapşırılıb. Polis əməkdaşları tərəfindən ev şəraitində müalicə alan COVID-19 infeksiyasına yoluxmuş şəxslər yoxlanılan zaman onların qaydaları pozaraq, yaşadıqları ünvanları tərk etdikləri aşkarlanıb.

Dərhal keçirilən tədbirlərlə həmin şəxslərin rayon ərazisində olduqları yer müəyyənləşdirilib. Onların olduqları əraziyə həkim briqadası dəvət edilib və təcili tibbi yardım avtomobilinə mindirilərək koronavirusa yoluxmuş şəxslərin müalicə aldığı xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı rayon polis şöbəsində araşdırma aparılır.

Azvision.az


Teqlər: DİN   Balakən  





Xəbər lenti