“Şuşa tamamilə nəzarətimizdən çıxdı” - Separatçıların etirafı

 “Şuşa tamamilə nəzarətimizdən çıxdı” -  Separatçıların etirafı
  09 Noyabr 2020    Oxunub:2912
“Şuşanın yenidən bizim olmasını, “Artsax”ın (Qarabağ - red) qorunub saxlanılmasını istəyiriksə, bu gün Stepanakertdə (Xankəndi - red) və cəbhənin digər istiqamətlərində etibarlı müdafiə təşkil etmək üçün bütün imkanlarımızdan istifadə etməliyik”.
Azvision.az xəbər verir ki, bu barədə Qarabağdakı qondarma rejimin "mətbuat katibi" Vəhram Poqosyan deyib.

Şuşanın tamamilə nəzarətlərindən çıxdığını etiraf edən Poqosyan qeyd edib ki, Azərbaycan Ordusu artıq Xankəndinin yaxınlığında döyüşlər aparır.

“Paytaxtın” mövcudluğu təhlükə altındadır. Təəssüf ki, bu günə kimi uğursuzluq zənciri bizi təqib etdi” - Poqosyan bildirib.

Tural Tağıyev
Azvision.az



Teqlər: Şuşa   Etiraf   Erməni   Poqosyan  





Xəbər lenti