Tərtər və Bərdədə 500 ailəyə humanitar yardım edilib

Tərtər və Bərdədə 500 ailəyə humanitar yardım edilib
  09 Noyabr 2020    Oxunub:1753
Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi tərəfindən Ermənistanın Azərbaycana qarşı yeni təcavüzü zamanı zərər çəkmiş Tərtər və Bərdə rayonlarında yerləşən 500 ailəyə humanitar yardım göstərilib.
Azvision.az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb.

"Bu rayonlardakı şəhid ailələrinə, eləcə də Ermənistan silahlı qüvvələrinin hücumu nəticəsində ailə üzvlərini və yaxınlarını itirən vətəndaşlarımıza XİN rəhbərliyi və kollektivi adından başsağlığı verilib və bu ailələrə humanitar yardım göstərilib", - deyə nazirlikdən bildirilib.

Azvision.az


Teqlər: XİN  





Xəbər lenti