Ermənistanda 17 partiya Paşinyanın istefasını tələb edir

 Ermənistanda 17 partiya Paşinyanın istefasını tələb edir
  10 Noyabr 2020    Oxunub:2956
Ermənistanın 20-yə yaxın siyasi partiyası birgə bəyanat yayaraq hökumətin və baş nazir Nikol Paşinyanın istefasını tələb edib.

Azvision.az xəbər verir ki, 17 partiyanın imza atdığı sənəddə Dağlıq Qarabağ münaqişəsi zonasındakı vəziyyət və Ermənistanın hərbi-siyasi rəhbərliyinin mövcud problemlərin öhdəsindən gələ bilməməsi qeyd olunub.
Bu baxımdan siyasi partiyalar Paşinyan və onun kabinetinin könüllü və dinc şəkildə istefasını, dərhal yeni hökumətin qurulmasını tələb edirlər.

Bəyanatı "Azadlıq", "Milli Təhlükəsizlik", "Milli Demokratik Birlik", "Alyans", "Çiçəklənən Ermənistan", "Daşnaksütyun", "Həmrəylik", "Ermənistanın Milli Liberal Birliyi", Ermənistanın Respublika Partiyası, "Ermənistan Xristian Demokratik Birliyi", "Vətən", "Vahid Ermənistan" və digər partiyalar imzalayıblar.

Tural Tağıyev
Azvision.az


Teqlər: Ermənistan   Paşinyan  





Xəbər lenti