“Heç vaxt Şuşada erməni işğalçıları olmayacaq” - Fuad Axundov

 “Heç vaxt Şuşada erməni işğalçıları olmayacaq” -   Fuad Axundov
  10 Noyabr 2020    Oxunub:2778
Azərbaycan Prezidenti Administrasiyasının sektor müdiri Fuad Axundov “Dojd” telekanalının “Burada və indi” («Здесь и сейчас») verilişinin efirində Şuşa şəhərinin erməni işğalından azad olunması ətrafında vəziyyəti şərh edib.
Veriliş zamanı İrəvandan olan politoloq inadla Şuşanın, əvvəlki kimi, erməni hərbçilərinin nəzarətində olduğunu iddia edirdi. Buna cavab olaraq Axundov vurğulayıb ki, öncə erməni tərəfi işğaldan azad olunan Füzuli, Hadrut və digər şəhər və yaşayış məntəqələri barədə bunu bəyan edirdi, lakin yalnız dördüncü gün ermənilər etiraf etdilər ki, bu şəhər və kəndlər Azərbaycan Silahlı Qüvvələrinin nəzarəti altına keçib.

“Bu barədə hətta bir erməni vətəndaşı olan xanım hiddətlə yazaraq Ermənistan hökumətindən yalan danışmamağı və vaxtında şəhərlərin itirilməsini etiraf etməyi tələb etmişdi. Buna görə, bu ənənəyə əsasən, əminəm ki, ermənilər hələ bir neçə gün Şuşanın itirilməsini inkar edəcəklər, bu faktı artıq gizlətmək mümkün olmadığı zaman isə “taktiki geri çəkilmə” terminindən istifadə edəcəklər. Yeri gəlmişkən, hətta Fransanın Le Monde nəşrinin jurnalisti hələ dünən yazıb ki, Şuşa “itirilib”. Nəşr Şuşadan gələn çoxsaylı yaralı erməni hərbçilərinə istinadən bu barədə məlumat verib, lakin buna baxmayaraq, ermənilər bunun əksini iddia etməyə davam edirlər. Şuşa bizdədir və mən sizi əmin edirəm ki, artıq orada heç vaxt xarici işğalçı qoşunlar olmayacaq”, - Axundov bildirib.

Həmçinin, sektor müdiri hesab edir ki, hazırda Dağlıq Qarabağ münaqişəsi zonasında baş verənlər “Azərbaycanın Ermənistanda nasizm üzərində qələbəsinin qanunauyğun nəticəsidir”.

Axundov əlavə edib ki, sabiq prezidentlər Robert Koçaryan və Serj Sarqsyan, baş nazir Nikol Paşinyan daxil olmaqla, Ermənistanın bir çox rəhbərləri müxtəlif nasist bəyanatlar və hərəkətləri ilə fəqrləniblər. “Mən erməni xalqına çox hörmət edirəm, o, həqiqətən başıbəlalıdır və nasist rəhbərlərdən çox əziyyət çəkib, yəni nasizmin qurbanıdır. Azərbaycanda olan ermənilərə görə narahat olmağa dəyməz, yaxşısı budur, siz Ermənistandakı ermənilərə görə narahat olasınız. Ermənistan prezidenti (Sarqsyan - İF) etiraf edəndə ki, qadınları, uşaqları, qocaları qətlə yetirib, o zaman bu gün baş verənlər qanunauyğun nəticədir. Biz Azərbaycanın xarici müdaxiləçilərdən, Ermənistan Respublikasının ordusundan azad etmə əməliyyatını başa çatdıracağıq. Lakin rəhbərlərinin nasizm ideologiyasından əziyyət çəkən erməni xalqının gələcəyi bizi narahat edir, çünki biz həmin xalq ilə qonşuluqda yaşamalıyıq”, - Azərbaycan Prezidenti Administrasiyasının nümayəndəsi vurğulayıb.

Azvision.az


Teqlər: Fuad-Axundov  





Xəbər lenti