“Ömrümdə ilk dəfədir ki, hisslərimi ifadə etməyə çəkinlik çəkirəm” - Deputat

“Ömrümdə ilk dəfədir ki, hisslərimi ifadə etməyə çəkinlik çəkirəm” -    Deputat
  10 Noyabr 2020    Oxunub:1554
27 il mənfur ermənilərin işğalı altında qalan, uşaqlığımın, gəncliyimin ən gözəl anlarının şahidi, doğma yurdum Aşağı Güzlək Müzəffər Ordumuzun uğurlu hərbi əməliyyatları nəticəsində bu gün əsarətdən azad olundu.
Azvision.az xəbər verir ki, bu sözləri Milli Məclisin Füzulidən seçilən deputatı Vüqar Bayramov deyib.

"Ömrümdə ilk dəfədir ki, hisslərimi ifadə etməyə çəkinlik çəkirəm. Sevinc, qürur, inam, hörmət və minnnətdarlığın çuğlaşdığı qəribə bir ovqatın təsiri altındayam. O qədər xoş, o qədər təmiz, o qədər böyük hisslərdir ki...

Cənab Ali Baş Komandanın rəhbərliyi altında şanlı Ordumuzun zəfər yürüşünün işğalda olan son qarış torpağımızın yağı tapdağından qurtulmasına qədər davam edəcəyinə, bayrağımızın tezliklə Xankəndində dalğalanacağına bütün varlığımla inanıram. Qarabağ Azərbaycandır!", - deyə deputat doğma kəndinin işğaldan azad olunması ilə bağlı təəssüratlarını bölüşüb.

Azvision.az


Teqlər: Füzuli  





Xəbər lenti