Helikopterin vurulması ilə bağlı araşdırmalara başlanıldı - RƏSMİ

 Helikopterin vurulması ilə bağlı araşdırmalara başlanıldı -    RƏSMİ
  10 Noyabr 2020    Oxunub:4897
9 noyabr tarixində saat 18:30-da Ermənistan-Azərbaycan sərhədinin Naxçıvan hissəsində Rusiya Federasiyasına məxsus Mi-24 hərbi helikopterinin vurulması ilə bağlı Azərbaycan Respublikasının Baş Prokurorluğunda dərhal araşdırmalara başlanılıb, nəticəsindən asılı olaraq qanuni və obyektiv qərarın qəbul olunması təmin ediləcək.
Bu barədə Azvision.az -a Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.

"Qeyd olunan məsələ ilə bağlı Azərbaycan Respublikasının Baş Prokurorluğu öz dərin təəssüfünü bildirməklə, həlak olan ekipaj üzvlərinin ailələrinə başsağlığı verir, xəsarət alanlara Allahdan şəfa diləyir", - deyə məlumatda vurğulanıb.

Azvision.az


Teqlər: Baş-Prokurorluq   Helikopter  





Xəbər lenti