Tərtərdə yaralanan şəxsin adı açıqlandı

 Tərtərdə yaralanan şəxsin adı açıqlandı
  10 Noyabr 2020    Oxunub:2400
Ermənistan silahlı qüvvələri elan edilmiş humanitar atəşkəs rejiminin tələblərini kobud şəkildə pozmaqla dinc mülki əhalimizə qarşı cinayət əməllərini davam etdirir.
Baş Prokurorluğun mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, noyabrın 10-da düşmən tərəfin silahlı birləşmələri tərəfindən Tərtər rayonu müxtəlif istiqamətlərdən intensiv raket və ağır artilleriyadan atəşə tutulub.

Bu gün saat 00.00 radələrində Tərtər şəhərinin ərazisinə mərmi düşməsi nəticəsində 1965-ci il təvəllüdlü Məmmədov Sabir Məhər oğlu xəsarət alıb.

Hazırda prokurorluq əməkdaşları tərəfindən mövcud şəraitdə mümkün olan bütün istintaq tədbirləri həyata keçirilir.

Azvision.az


Teqlər: Prokurorluq   Tərtər  





Xəbər lenti