Paşinyan təslim olduğunu etiraf etdi

   Paşinyan təslim olduğunu etiraf etdi
  10 Noyabr 2020    Oxunub:2860
Ermənistanın baş naziri Nikol Paşinyan Dağlıq Qarabağda müharibənin dayandırılması ilə bağlı sənədə imza atdığını açıqlayıb.
Azvision.az xəbər verir ki, bu barədə Paşinyan özünün "Facebook" səhifəsində yazıb.

“Şəxsən özüm və hamımız üçün çox çətin qərar verdim. Saat 01:00-dan etibarən Rusiya və Azərbaycan Prezidentləri ilə Qarabağ müharibəsinə son qoymaq üçün bəyanat imzaladım. Artıq yayımlanan bəyanatın mətni mənim üçün və xalqımız üçün inanılmaz dərəcədə ağrılıdır”, - deyə Paşinyan qeyd edib.

Azvision.az


Teqlər: Paşinyan  





Xəbər lenti