"Lənət olsun sənə, Nikol" - Ermənistanın keçmiş səfiri

    "Lənət olsun sənə, Nikol"  - Ermənistanın keçmiş səfiri
  10 Noyabr 2020    Oxunub:2708
"Nikol Paşinyan xalqa yalan danışdı. Lənət olsun sənə, Nikol"
Azvision.az xəbər verir ki, bunu Ermənistanın keçmiş səfiri Mikael Minasyan sosial şəbəkə hesabında yazıb.

Onun sözlərinə görə, artıq Qarabağda müharibənin dayandırılması ilə bağlı sənədə imzalar atılıb:

"İmzalar atıldı. 7 rayon verilir. Şuşa verilir. Hadrut, Ağdərə və Xocavəndin geri alınması haqqında heç bir maddə yoxdur. "Artsax" respublikasının gələcəyi haqqında heç bir cümlə yoxdur. Erməni xalqının orada yaşaması ilə bağlı heç bir cümlə yoxdur. Ordumuz 44 gün boyunca döyüşdü. Nikol Paşinyan xalqa yalan danışdı. Lənət olsun sənə, Nikol".

Azvision.az


Teqlər: Ermənistan   Paşinyan  





Xəbər lenti