Ermənistanda kütləvi etirazlar başladı - VİDEO

  10 Noyabr 2020    Oxunub : 3322
 Ermənistanda kütləvi etirazlar başladı -  VİDEO
Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın tam qələbəsi ilə başa çatması elan ediləndən sonra Ermənistanda kütləvi etiraz aksiyaları başlayıb.
Azvision.az xəbər verir ki, paytaxt İrəvanda minlərlə sakin küçələrə axışaraq baş nazir Nikol Paşinyana etiraz edir.

Məlumata görə, Ermənistan vətəndaşları hökumət binasına hücum ediblər. Etirazçılar daha sonra parlament binasına girib iclas zalını dağıdıblar.

Bundan başqa, etirazçıların Paşinyanın kabinetə girdiyi və ciddi ziyan vurduğu deyilir. Onlar dövlət atributlarını binadan çıxarmaqla öz etirazlarını bildiriblər.

Hazırda İrəvanda Paşinyanın əleyhinə şüarlar səsləndirilir.



Azvision.az

Teqlər: Ermənistan   Etiraz