“Vəziyyət çox gərgindir, çıxış yolu tapmalıyıq” - Erməni deputat

 “Vəziyyət çox gərgindir, çıxış yolu tapmalıyıq” -  Erməni deputat
  10 Noyabr 2020    Oxunub:4334
"Maariflənmiş Ermənistan" fraksiyasının lideri Edmon Marukyan "Mənim addımım" blokunun deputatlarını parlamentə növbədənkənar iclasa dəvət edib.
Azvision.az xəbər verir ki, Marukyan fraksiya deputatları ilə birlikdə minlərlə etirazçının toplaşdığı parlamentdə olduğunu deyib.

"Vəziyyət çox gərgindir və bir çıxış yolu tapmalıyıq. Anlayırıq ki, erməni xalqı bu an etibarı ilə küçədə, evdə, diasporada ədalətsizliyə görə narazılıqlarını ifadə edir".

Deputatın fikrincə, "anarxiya" şəraitində bir yol tapmaq mümkün deyil. Aydın qərarlar verilməlidir ki, bunu da yalnız parlament edə bilər: "Məndə belə bir hiss var ki, indi ölkədə hökumət yoxdur".

Azvision.az


Teqlər: Ermənistan   etiraz  





Xəbər lenti