Türkiyə və Rusiya Qarabağla bağlı xüsusi razılaşma imzalayacaq

 Türkiyə və Rusiya Qarabağla bağlı xüsusi razılaşma imzalayacaq
  10 Noyabr 2020    Oxunub:19240
Rusiya və Türkiyə Müdafiə Nazirlikləri 10 noyabr tarixində Dağlıq Qarabağda atəşkəsə riayət etmək üçün birgə monitorinq mərkəzi yaratmaqla bağlı xüsusi razılaşma imzalayacaq.
Azvision.az xəbər verir ki, bu barədə "İnterfaks" diplomatik mənbəyə istinadən məlumat yayıb.

Monitorinq mərkəzinin işi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Ermənistanın baş naziri Nikol Paşinyan və Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin birgə bəyanatının beşinci bəndi ilə tənzimlənir.

Qeyd edək ki, bundan əvvəl Azərbaycan Prezidenti İlham Əliyev Rusiya və Türkiyənin sülhməramlı qüvvələrinin Dağlıq Qarabağda birgə fəaliyyət göstərəcəyini bəyan edib.

Azvision.az


Teqlər: Qarabağ   Türkiyə   Rusiya  





Xəbər lenti