“Azərbaycan yeni quruculuq mərhələsinə qədəm qoyur”

“Azərbaycan yeni quruculuq mərhələsinə qədəm qoyur”
  10 Noyabr 2020    Oxunub:1463
"Bu gün Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə son qoyulur. Tarixi gündür. Razılaşmada nəzərdə tutulan şərtlər barədə geniş məlumat verildiyindən qeyd etmək istərdim ki, bu bəyanatda Dağlıq Qarabağ ilə bağlı hər hansı statusun nəzərdə tutulmaması münaqişənin ölkəmizin ərazi bütövlüyü çərçivəsində həlli deməkdir".
Azvision.az xəbər verir ki, bunu Milli Məclisin Füzulidən seçilən deputatı Vüqar Bayramov deyib.

Deputat bildirib ki, növbəti 20 gündə Azərbaycanın daha 3 rayonu azad olunacaq və işğalçı ölkənin qoşunları ərazimizi tərk edəcək.

"Artıq Ermənistan silahlı qüvvələrinin Qarabağdan çıxarılmasına başlanılıb. Digər tərəfdən, Rusiya sülhməramlıları ilə yanaşı qardaş Türkiyə ordusu da Azərbaycana gəlir. Anlaşmada Dağlıq Qarabağa xüsusi status nəzərdə tutulmadığı üçün Qarabağda yerləşən bütün şəhərlər və kəndlər Azərbaycan ərazisindəki yaşayış məntəqələri kimi iştirakçı ölkələr tərəfindən rəsmən qəbul olunur".

V.Bayramov qeyd edib ki, Azərbaycan artıq yeni quruculuq mərhələsinə qədəm qoyur:"7 rayonun bərpa edilməsi və məcburi köçkünlərimizin Dağlıq Qarabağ da daxil olmaqla öz ata-baba evlərinə dönməsi 30 ilə yaxın işğal altında qalan ərazilərimizə həyatın yenidən qayıtması deməkdir. Bu, ölkə iqtisadiyyatının yeni mərhələdə inkişafı baxımından da vacibdir. Eyni zamanda, münaqişənin həll edilməsi regiona daha çox sərmayələrin cəlb edilməsinə də imkan yardacaq. Qarabağ Azərbaycandır!"

Azvision.az


Teqlər: Qarabağ   Azərbaycan  





Xəbər lenti