“Ordu döyüşməkdən imtina etdi” - Paşinyanın acizliyi

“Ordu döyüşməkdən imtina etdi” -  Paşinyanın acizliyi
  10 Noyabr 2020    Oxunub:8081
Ermənistanın baş naziri Nikol Paşinyan ölkənin silahlı qüvvələrinin tövsiyəsindən sonra Qarabağa dair razılaşma imzalamağa qərar verdiyini bəyan edib.

Azvision.az TASS-a istinadən xəbər verir ki, bu barədə Paşinyan sosial şəbəkə hesabında canlı yayımda deyib. O, həmçinin ölkədə müharibəni davam etdirmək üçün ehtiyat qüvvələrin səfərbər edilməsi ilə bağlı problemlərin olduğunu etiraf edib.
Paşinyanın sözlərinə görə, ordu Qarabağa dair müqaviləni imzalamaqda israr edib, çünki resurslar tükənib: "Ordu dayanmağın lazım olduğunu söylədi. Ona görə ki, problemlər var idi, amma onların həlli üçün heç bir perspektiv mövcud deyil və ya resurs tükənib”.

Bundan başqa, Paşinyan qeyd edib ki, səfərbərliklə bağlı problemlər var idi, ümumiyyətlə, ölkə döyüş əməliyyatları aparmağa hazır deyildi. Ön cəbhədə döyüşənləri əvəz edənlər yox idi.

“Döyüşənlərin dincəlmə fürsəti olmalı idi. Cəbhə xəttində bir ay ərzində döyüşənləri əvəz edən yox idi. Ona görə də Ermənistan rəhbərliyi və tanınmamış “DQR” müharibəni ən qısa müddətdə bitirməyin lazım olduğu barədə qərar qəbul etdi. Əks halda bunun nəticələri daha pis olacaqdı”.

Pərvanə Sultanova
Azvision.az



Teqlər: NikolPaşinyan  





Xəbər lenti