Nazir müavinləri Rusiya səfirliyində olublar

   Nazir müavinləri Rusiya səfirliyində olublar
  10 Noyabr 2020    Oxunub:1811
Bu ilin 10 noyabr tarixində Azərbaycan Respublikasının Xarici İşlər nazirinin müavini Xələf Xələfov və Azərbaycan Respublikasının Müdafiə nazirinin müavini - Hərbi Hava Qüvvələrinin komandanı, general-leytenant Ramiz Tahirov Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı Səfirliyinə gediblər.
Bu barədə Azvision.az -a Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsindən məlumat verilib.

Bildirilib ki, 9 noyabr 2020-ci il tarixində Ermənistan-Azərbaycan sərhədi yaxınlığında Rusiya Federasiyasına məxsus Mi-24 hərbi helikopterinin vurulması ilə bağlı yaşanan faciəvi hadisə ilə bağlı başsağlığı bildiriblər.

Azvision.az


Teqlər: XİN   Azərbaycan   Rusiya  





Xəbər lenti