SOCAR-ın rəhbər heyəti ilə görüş keçirildi
SOCAR-ın birinci vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadə də görüşdə çıxış edərək neftçilərimiz də daxil olmaqla bütün Azərbaycan xalqını, xüsusilə Milli Ordumuzu və onun başında duran Ali Baş Komandanımız İlham Əliyevi təbrik edib. O deyib: “Qələbənin əldə olunmasında Azərbaycan neftçilərinin rolu böyükdür. Bu Qələbə Ordumuzun rəşadətli əsgər və zabitlərinin, eyni zamanda, ölkəmizin maddi vəziyyətinin, xalqımızın sosial rifahının yüksəlməsi, ordumuzun maddi təminatının yaxşılaşdırılması üçün gecə-gündüz yorulmaq bilmədən əzmlə çalışan neftçilərin əməyinin nəticəsidir. Möhtərəm Prezidentimiz özü də neftçilərlə çiyin-çiyinə çalışıb, onda da neftçi ruhu var. Azərbaycan xalqının qətiyyətli lideri, rəşadətli Ordumuzun Ali Baş Komandanı kimi bu qələbənin əldə olunmasında məhz İlham Əliyev həlledici rol oynayıb. Onun xalqımıza, xalqımızın ona olan inamı, bu çətin vəzifənin öhdəsindən gəlməyə imkan verdi. Azərbaycan neftçiləri olaraq, biz hər zaman Prezidentimizin arxasındayıq və onunla fəxr edirik!”
Azərbayan Neft və Qaz Sənayesi İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Cahangir Əliyev də səsləndirilən təbriklərə qoşularaq işğaldan azad olunan Qarabağ torpaqlarında bundan sonra aparılacaq quruculuq işlərində neftçilərin fəal rol oynayacaqlarına, onların öz zəhməti, biliyi, əzmi və iradəsi ilə Vətənimizə davamlı olaraq xidmət edəcəklərinə əminliyini bildirib.
Görüşdə neftçilər adından Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev cənablarına müraciət qəbul olunub.
Azvision.az
Teqlər: SOCAR