“Ermənistanda vətəndaş müharibəsi təhlükəsi var” - Ter-Petrosyan

 “Ermənistanda vətəndaş müharibəsi təhlükəsi var” -   Ter-Petrosyan
  11 Noyabr 2020    Oxunub:2097
Vətəndaş müharibəsi təhlükəsindən qaçmaq və bütün ziddiyyətləri müstəsna olaraq konstitusiya yolu ilə həll etmək lazımdır.
Bunu Ermənistanın keçmiş prezidenti Levon Ter-Petrosyan deyib.

"Vətəndaş müharibəsi Türkiyə-Azərbaycan birliyinə ən böyük hədiyyə olmaqla yanaşı, "Artsax" (Qarabağ-red) və Ermənistan üçün, bütün ermənilər üçün fəlakət olar", - deyə sabiq prezident bildirib.

Ter-Petrosyan ümid edir ki, siyasi partiyalar, ictimai-siyasi qruplar, güc strukturları, ziyalıların görkəmli nümayəndələri və Ermənistanın taleyinə görə məsuliyyət hiss edən bütün şəxslər bu cür fəlakətli nəticələrin qarşısını almaq üçün bütün təsir vasitələrindən və nüfuzlarından istifadə edəcəklər.

Azvision.az


Teqlər: Ter-Petrosyan  





Xəbər lenti