Çavuşoğlu: “Azərbaycanın uğurlarından qürur duyuruq”
“Bundan sonrakı prosesdə Sizin də dediyiniz kimi, birgə nəzarət mərkəzinin yaradılması daxil olmaqla, atacağımız addımları da birlikdə müzakirə edəcəyik, dəyərləndirəcəyik. Sizin göstəriş və tapşırıqlarınıza uyğun olaraq biz də həmkarlarımızla birlikdə lazımi işləri görəcəyik. Bu məqsədlə bu gün qəbulunuza, tapşırıqlarınızı almağa gəldik”, - deyə Mövlud Çavuşoğlu vurğulayıb.
Azərbaycan Prezidentinə bir daha təbriklərini çatdıran Türkiyənin xarici işlər naziri deyib: “Bu gün səhər televizoru açdıq, Azərbaycanda insanlar küçələrdə idi, Türkiyədə də xalqımız eyni sevinci yaşadı. Buna görə də təşəkkür edirik”.
Azvision.az
Teqlər: Çavuşoğlu