Ərdoğandan Putinə: “Ermənistan bəyanatdakı öhdəliklərə əməl etməlidir”

  Ərdoğandan Putinə:  “Ermənistan bəyanatdakı öhdəliklərə əməl etməlidir”
  11 Noyabr 2020    Oxunub:4596
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığı olub.
Azvision.az xəbər verir ki, telefon danışığında Türkiyənin dövlət başçısı Dağlıq Qarabağ məsələsi ilə bağlı uzunmüddətli sülh yolunda düzgün addım atıldığını ifadə edib.

Prezident Ərdoğan hazırkı məqamda ən önəmli məsələnin Ermənistanın atəşkəsə və ortaq bəyanatdakı öhdəliklərə əməl etməsi olduğunu vurğulayıb.

Azvision.az


Teqlər: Ərdoğan   Putin  





Xəbər lenti