“Paşinyan getməlidir, məğlub liderlə yaşaya bilmərik” - Erməni deputat

  10 Noyabr 2020    Oxunub : 2316
 “Paşinyan getməlidir, məğlub liderlə yaşaya bilmərik” -  Erməni deputat
Ermənistan müxalifəti baş nazir Nikol Paşinyanın istefasını tələb edir.
Azvision.az xəbər verir ki, bu barədə "Maariflənmiş Ermənistan" fraksiyasının lideri Edmon Marukyan bildirib.

Erməni deputat deyib: "Bir şey dəqiqdir - erməni xalqı uduzmadı. Bu vəziyyətdə ölkənin rəhbəri məğlub oldu. Biz uduzan liderlə yaşaya bilmərik və o getməlidir. Hərbi və təhlükəsizlik məsələlərinin həllindən sonra necə və nə vaxt olacağını müzakirə edəcəyik".

Onun sözlərinə görə, Qarabağla birlikdə 42 min kvadratmetrə bərabər olan və baş naziri Nikol Paşinyan olan Ermənistan artıq mövcud deyil: "Ermənistan artıq Paşinyan tərəfindən yürüdülən siyasət və imzaladığı sənəd sayəsində mövcud deyil".

Azvision.az

Teqlər: Ermənistan   Paşinyan