Putin “Mi-24”ün pilotları ilə bağlı tapşırıq verdi

  Putin “Mi-24”ün pilotları ilə bağlı tapşırıq verdi
  11 Noyabr 2020    Oxunub:2926
Rusiya Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevin ona “Mi-24” helikopterinin qəzaya uğraması ilə bağlı hadisənin ətraflı araşdırılacağını vəd etdiyini bildirib.
Rusiya Prezidenti ölkənin Müdafiə Nazirliyinin rəhbər heyəti, federal idarələrin və müdafiə sənayesi kompleksləri müəssisələrinin rəhbərləri ilə görüşdə bu barədə danışıb. O bildirib ki, Azərbaycan Prezidenti bununla bağlı açılmış cinayət işi çərçivəsində ətraflı araşdırma aparılacağını və təqsirkarların cəzalandırılacağını vəd edib.

Putin Müdafiə naziri Sergey Şoyquya “Mi-24” helikopterinin Ermənistan ərazisində qəzaya uğraması nəticəsində həlak olan pilotlar, mayor Yuri İşşyuk və baş leytenant Roman Fedinin ailələrinə yardım göstərilməsi ilə bağlı tapşırıq verib.

Azvision.az


Teqlər: Putin   Rusiya  





Xəbər lenti