Türkiyəyə getmək istəyən azərbaycanlıların nəzərinə!

Türkiyəyə getmək istəyən azərbaycanlıların nəzərinə!
  11 Noyabr 2020    Oxunub:2142
Məlum olduğu kimi, cari ilin 13 avqust tarixində “Azərbaycan Respublikası Hökuməti və Türkiyə Respublikası Hökuməti arasında qarşılıqlı olaraq vizadan azad etmə haqqında Saziş” qüvvəyə minib.
Bu barədə Azvision.az-a Azərbaycan Respublikasının Türkiyədəki səfirliyindən məlumat verilib.

Bildirilib ki, Sazişə əsasən, Türkiyə Respublikasına səfər edən Azərbaycan Respublikası vətəndaşının pasportunun etibarlılıq müddəti ən azı 6 (altı) ay olmalıdır.

“Bu baxımdan, Türkiyəyə səfər etmək istəyən, ya da Azərbaycana Türkiyə üzərindən getməyə hazırlaşan Azərbaycan Respublikasının vətəndaşları pasportlarının etibarlılıq müddətinə diqqət yetirməli və onun bitməsinə 6 aydan az vaxt qalıbsa, mütləq yenisi ilə əvəzləməlidirlər”.

Azvision.az


Teqlər: Türkiyə   Səfirlik  





Xəbər lenti