Rusiya sülhməramlıları Qarabağa yola düşüblər

   Rusiya sülhməramlıları Qarabağa yola düşüblər
  11 Noyabr 2020    Oxunub:4007
Rusiya sülhməramlı hissəsinin hərbi qüvvələri atəşkəsə və Dağlıq Qarabağ münaqişəsi zonasındakı hərbi əməliyyatlara nəzarət etmək üçün tapşırıqları yerinə yetirəcəkləri əraziyə yollanıblar.

Azvision.az xəbər verir ki, bu barədə Rusiyanın Müdafiə Nazirliyi məlumat yayıb.
“Hərbi kolonlar 250 km-dən çox yol qət etməli və Dağlıq Qarabağdakı təmas xətti boyunca, eləcə də Laçın dəhlizi boyunca Rusiya müşahidə postlarının yaradılması üçün sülhməramlı kontingent yerləşdirməlidir”, - deyə məlumatda qeyd olunub.

Azvision.az


Teqlər: Rusiya   Qarabağ  





Xəbər lenti