“Xalqımız 30 il idi ki, qələbə həsrəti ilə yaşayırdı” - Zakir Həsənov

 “Xalqımız 30 il idi ki, qələbə həsrəti ilə yaşayırdı” -  Zakir Həsənov
  11 Noyabr 2020    Oxunub:2584
"30 il idi ki, Azərbaycan xalqı qələbə həsrəti ilə yaşayırdı. Döyüş əməliyyatları ilə Azərbaycan Ordusu Vətən naminə gözünü qırpmadan canını fəda edəcəyini bir daha göstərdi".
Azvision.az xəbər verir ki, bunu Azərbaycanın Müdafiə naziri Zakir Həsənov deyib. Nazir bildirib ki, Azərbaycan xalqı Ordusunu sevir, dəstəkləyir və dayaq olur.

"Biz gördük ki, Azərbaycan əsgəri, zabiti Vətən uğrunda canından keçməyə hazırdır və Vətən uğrunda canından keçdi", - deyə Z.Həsənov vurğulayıb.

Qeyd edək ki, bu gün Qarabağda qazanılan tarixi qələbə münasibətilə Azərbaycan Müdafiə Nazirliyində mərasim təşkil edilib. Mərasimdə Azərbaycanın Müdafiə naziri Zakir Həsənov, Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar və digər yüksək rütbəli hərbçilər iştirak ediblər. Müdafiə nazirləri Qarabağda qazanılan qələbəni bir-birilərinə sarılaraq qeyd ediblər.

Anar Kəlbiyev
Azvision.az


Teqlər: Müdafiə-Naziri   Zakir-Həsənov  





Xəbər lenti