“Nikol Paşinyan xroniki yalançıdır” - Artur Vanetsyan

  11 Noyabr 2020    Oxunub : 1824
 “Nikol Paşinyan xroniki yalançıdır” -  Artur Vanetsyan
“Bu, respublikamızın tarixinin ən utancverici, ağrılı səhifələrindən biridir və bütün bunlara görə yeganə cavabdeh, günahkar hazırda Ermənistanda hakimiyyətdə olan xainlər qrupudur".
Azvision.az xəbər verir ki, bu sözləri “Vətən” partiyasının sədri Artur Vanetsyan Qarabağda döyüşlərin dayandırılması ilə bağlı bəyanata münasibət bildirərkən deyib.

“Onlar son 2,5 ildə xarici qüvvələrin təsiri altında bu utancverici müqavilənin imzalanması ilə başa çatan proqramı həyata keçirdilər. Son dəqiqəyə qədər dövlət təbliğat maşını hər kəsi aldatdı və qazandığımızı söylədi. Həqiqəti təqdim etməyə çalışanlar dərhal xainlər sırasına daxil edildi”.

A.Vanetsyan, keçmişdə xain qrupu ilə çalışdığına diqqət çəkib: “Əhalimizin böyük əksəriyyəti inqilaba inandığı üçün yeni keyfiyyətə malik Ermənistanın yaradılacağına ümid edirdi. Bir müddət Milli Təhlükəsizlik Xidmətinin direktoru vəzifəsində çalışandan sonra əslində nümayiş olunanların, deyilənlərin tamamilə aldadıcı olduğunu görməyə başladım. Hamını aldatmaq, hər yerdə aldatmaq. Nikol Paşinyan xroniki bir yalançıdır, hər zaman yalan danışır və sonra yalanlarına haqq qazandıraraq bəhanə gətirməyə başlayır. Başlanğıcda təhlükəli inkişafların qarşısını alacağıma ümid edirdim, lakin MTX direktoru dövlət başçısından fərqli siyasi açıqlamalar verə bilmir. Və mən "Dayan!" çağrışı ilə Paşinyana istefa ərizəmi təqdim etdim”.

Pərvanə Sultanova
Azvision.az

Teqlər: ArturVanetsyan