Ermənistan müxalifəti xalqı etiraza çağırdı: “Tələsin, meydana axışın!”

 Ermənistan müxalifəti xalqı etiraza çağırdı:  “Tələsin, meydana axışın!”
  11 Noyabr 2020    Oxunub:2522
Ermənistanda siyasi vəziyyət gərginləşib.
Azvision.az xəbər verir ki, “Çiçəklənən Ermənistan” partiyasının nümayəndəsi Ripsim Arakelyan xalqa çağırış edib. Arakelyan erməni xalqını meydanlara çıxmağa və həbs edilən müxalifət liderini müdafiə etməyə səsləyib:

“Meydanlara axışın. “Çiçəklənən Ermənistan” partiyasının sədri Qaqik Sarukyan Azadlıq Meydanında həbs edildi. Millət vəkillərimizi də həbs edirlər. Tələsin, torpağı təhvil verən xain, çirkin, yaramaz hərəkətlərə əl atdı"

Qeyd edək ki, hazırda İrəvanda baş nazir Nikol Paşinyanın istefası tələbi ilə kütləvi etiraz aksiyası keçirilir. Aksiyaya qoşulan müxalifət fəalları saxlanılıb.

Tural Tağıyev
Azvision.az


Teqlər: Həbs  





Xəbər lenti