11 yaşlı oğlan 8 yaşlı uşağı maşınla vurub öldürdü

11 yaşlı oğlan 8 yaşlı uşağı maşınla vurub öldürdü
  11 Noyabr 2020    Oxunub:1519
Ağstafada azyaşlını avtomobil vuraraq öldürüb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, noyabrın 10-da saat 18 radələrində rayonun Zəlimxan kənd sakini 11 yaşlı A.Alızadə evlərinin qarşısında atasına məxsus “VAZ-2106” markalı avtomobili arxaya idarə edərkən həmkəndlisi, səkkiz yaşlı Hüseyn Abadovu vurub.

Nəticədə uşaq hadisə yerində ölüb. Faktla bağlı araşdırma aparılır.

Azvision.az


Teqlər: DİN  





Xəbər lenti