Türkiyə ilə Rusiya arasında atəşkəsə nəzarətlə bağlı sənəd imzalandı

Türkiyə ilə Rusiya arasında atəşkəsə nəzarətlə bağlı sənəd imzalandı
  11 Noyabr 2020    Oxunub:4338
Bu gün səhər Türkiyə və Rusiya arasında atəşkəsə nəzarət və təftişlə bağlı Türkiyə-Rusiya birgə atəşkəsə nəzarət mərkəzinin yaradılması barədə anlaşma memorandumu imzalanıb.
Azvision.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.

Onun sözlərinə görə, Türkiyə razılaşmanın icrasına nəzarət etmək üçün bölgədə mövcud olan rus sülhməramlılarla birlikdə fəaliyyət göstərəcək.

"Bu mərkəz işğaldan azad edilmiş Azərbaycan torpaqlarında yaradılacaq. Atəşkəsin pozulmasının qarşısını almaq üçün bütün tədbirlər bu mərkəz tərəfindən görüləcək. Beləliklə, Azərbaycan ərazisində və Qarabağdakı 28 illik işğal rəsmi və faktiki olaraq sona çatır.

Bölgəmizdəki və dünyada yaşanan dəyişikliklər müddətində iki qardaş kimi ölkələrimizi bir araya gətirəcəyik, hədəflərimizə birlikdə çatacağıq. Bundan sonra daha da yaxınlaşacağıq, Azərbaycanla daha güclü iş birliyində ortaq gələcəyimizi quracağıq".

Ərdoğan əlavə edib ki, son döyüşlər zamanı yaşayış məntəqələrini davamlı hədəfə alaraq bir çox mülki insanın ölümünə səbəb olan Ermənistan artıq bu cinayətləri törədə bilməyəcək.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Türkiyə   Ərdoğan  





Xəbər lenti