“İbrahim razılaşması”: İsrail-Azərbaycan münasibətləri daha da möhkəmlənir

 “İbrahim razılaşması”:  İsrail-Azərbaycan münasibətləri daha da möhkəmlənir
  11 Noyabr 2020    Oxunub:2678
İsrail mətbuatında Azərbaycanla bağlı məqalə dərc edilib. “İsraelhayom.com” saytında gedən yazıda Azərbaycana dair müsbət fikirlər yer alıb. Müəllif Xarici İşlər naziri Ceyhun Bayramovun ayrı-ayrı fikirlərinə də yer verib.
Məqalədə deyilir: “Belə məlum olub ki, “İbrahim razılaşması” İsrailin təkcə Bəhreyn, Birləşmiş Ərəb Əmirlikləri və Sudanla deyil, tezliklə müəyyən ölkələrlə də sülh müqaviləsi bağlamasına yol açıb. Bu razılaşma, həmçinin İsrail-Azərbaycan münasibətlərinin daha da yaxşılaşmasına imkan yaratdı. İsrailin keçmiş rabitə naziri Ayoob Kara-a görə, "İsrail sözügedən ölkələrdə danışıqlarda əsasən iqtisadi proseslərin müzakirəsinə önəm verir. Həmin ölkələr yalnız Təl-Əvivdə deyil, Qüdsdə də səfirliklərini aça bilərlər.

Azərbaycanın Xarici İşlər Naziri Ceyhun Bayramov, “İbrahim razılaşması”nın İsrail ilə Azərbaycan arasında əməkdaşlığı daha da inkişaf etdirəcəyini təsdiqləyib:

"Biz Yaxın Şərq sülh prosesi ətrafında gedən prosesləri diqqətlə izləyirik. Yaxın Şərqdə sülh və təhlükəsizliyin yaradılmasını hər zaman dəstəkləmişik. İnanıram ki, bu, bütün regionun inkişafına və çiçəklənməsinə kömək edəcək".

"Bir çox sahələrdə əməkdaşlıq üçün yaxşı imkanlar var" deyən Baş nazir, azərbaycanlıların İsrailin kənd təsərrüfatı ilə bağlı təkliflərini çox bəyəndiyini qeyd edib. "İsrailin zəngin təcrübəsini, müasir kənd təsərrüfatı texnologiyalarını və bu sahədə qabaqcıl təcrübəni öyrənmək bizi çox maraqlandırır. Turizm isə daha böyük əməkdaşlıq üçün digər bir perspektivli sahədir. İsrail ilə Azərbaycan arasında birbaşa uçuşlar və viza prosesininin qarşılıqlı asanlaşdırılması turizmin hər iki istiqamətdə inkişafına kömək edir. "

İsraildəki Azərbaycan Evinin icraçı direktoru Arye Gut isə son günlərdə İsrail-Azərbaycan münasibətlərinin möhkəmləndirilməsi ilə bağlı razılığa gələrək pandemiyanın yüksəldiyi bir zamanda həm İsrail Knessetinin, həm də Azərbaycan Parlamentinin parlamentlərarası iclas keçirməsinin gözəl ideya olduğunu bildirib: "İsrail-Azərbaycan münasibətləri ən yüksək hökumətlərarası etimad səviyyəsində və davamlı qarşılıqlı dialoqa əsaslanaraq strateji və hərbi-texniki tərəfdaşlıq xarakteri daşıyır."

Bununla yanaşı, o, Azərbaycan-İsrail münasibətlərində texniki-hərbi sahədən daha geniş olduğunu vurğuladı: “Bu gün bu strateji tərəfdaşlıq iqtisadiyyatın digər sahələrində - kənd təsərrüfatı, yüksək texnologiya, səhiyyə və hərbi-texniki tərəfdaşlıq olmaqla müxtəlifdir. Dünya bazarında İsrail dövlətinin Azərbaycanın əsas strateji neft alıcılarından biri olması vurğulanmalıdır."

"Yəhudilərlə azərbaycanlılar arasında münasibətlər hər zaman çox yaxşı olub"-deyən Azərbaycanın Xarici İşlər naziri qeyd etmişdi ki, yəhudilər əsrlər boyu Azərbaycanda yaşayıblar. Bu müddət ərzində Yəhudilər və Azərbaycanlılar birlikdə sülh və dostluq şəraitində yaşayıblar. Bu yaxşı ənənənin davam etməsindən qürur duyuruq. Bu cəmiyyətin dövlətimizin inkişafına necə töhfə verdiyini yüksək qiymətləndiririk. Yəhudi İcması Azərbaycan-İsrail münasibətlərinin inkişafında da mühüm rol oynayır.

Azərbaycan və Ermənistan arasındakı münaqişə ilə əlaqədar olaraq, Azərbaycanın Xarici İşlər Naziri Bayramov Azərbaycanın Dağlıq Qarabağ münaqişəsinin həllində çox maraqlı olduğunu bildirib: "Biz heç vaxt münaqişənin hərbi yolla həllinə üstünlük verməmişik. Azərbaycan davamlı olaraq cəbhə bölgəsindəki gərginliyin maraqlarına xidmət etmədiyini qeyd edirdi".

Bayramov fikirlərinə bu cümlələri də əlavə edib: "Bununla belə, münaqişəni sülh yolu ilə həll etmək üçün müraciətimiz dinlənilmədi. Beynəlxalq cəmiyyət Ermənistan rəhbərlərindən gələn məsuliyyətsiz və davakar bəyanatlara və bu ərazilərin demoqrafik, mədəni və fiziki xüsusiyyətlərini dəyişdirərək Azərbaycan ərazilərinin işğalını möhkəmləndirmək üçün yeritdiyi davamlı siyasətə kifayət qədər reaksiya vermədi və eyni zamanda, pisləmədi".

"Ermənistanın cəzasızlıq hissi onu danışıqlarda qeyri-konstruktiv mövqe tutmağa və yeni torpaqlar üçün yeni müharibə elan edərək ərazi iddialarını irəli sürməyə təşviq etdi. Bu isə, indi qarşılaşdığımız vəziyyətə gətirib çıxardı".

Azərbaycan Xarici İşlər Naziri Bayramov həmçinin qeyd edib: "Biz danışıqlara başlamağa hazırıq, lakin bunun baş tutması üçün Ermənistanın öz qüvvələrini işğal olunmuş torpaqlardan çıxarması barədə öhdəliyi lazımdır. Güzəştə gəldikdə isə, ərazi bütövlüyünün danışıqların mövzusu ola bilməyəcəyini qeyd etmək istəyirəm."

Dağlıq Qarabağ münaqişəsindən asılı olmayaraq, İsrail-Azərbaycan münasibətlərinin müsbət xarakter alması yenə də bizim-israillilərin fəxr etməli olduğu bir məqamdır. İsrailin Baş naziri Benyamin Netanyahu Azərbaycana səfəri zaman qeyd etmişdi ki, israillilər İsrailin Bakı ilə münasibətini dünyaya göstərməlidirlər: "Dünya bu qədər qeyri-tolerantlıq və cəhalət görür. Azərbaycan müsəlmanlar və yəhudilər arasında münasibətlərin necə ola biləcəyinin və olmalı olduğunun nümunəsidir”.

Azvision.az


Teqlər: İsrail   Azərbaycan  





Xəbər lenti