Samir Abasov "Neftçi"nin baş məşqçisi oldu

  11 Noyabr 2020    Oxunub : 2151
Samir Abasov "Neftçi"nin baş məşqçisi oldu
"Neftçi”nin baş məşqçi vəzifəsinə yeni təyinat olub.
Azvision.az klubun saytına istinadən xəbər verir ki, klubun Müşahidə Şurasının qərarı ilə komanda Samir Abasova həvalə olunub. 42 yaşlı mütəxəssislə 2021/2022-ci illər mövsümünün sonunadək müqavilə imzalanıb.

Qeyd edək ki, Samir Abasov 2003/2004 mövsümündə "Neftçi”də çıxış edib, Azərbaycan çempionatının və kubokunun qalibi olub. O, baş məşqçi kimi "Sumqayıt” (2015-2018) və "Zirə” (2018-2019) klublarında çalışıb.

Azvision.az

Teqlər: Neftçi   Məşqçi