DİN-dən komendant saatı ilə bağlı müraciət

 DİN-dən komendant saatı ilə bağlı müraciət
  11 Noyabr 2020    Oxunub:2270
Daxili İşlər Nazirliyi komendant saatı ilə əlaqədar vətəndaşlara müraciət edib.
Nazirlikdən Azvision.az -a daxil olan müraciətdə deyilir:

“Vətəndaşlardan xahiş edirik ki, gedəcəyiniz ünvanadək olan məsafəni nəzərə alaraq komendant saatının başlanmasınadək, yəni saat 21:00-dək küçədəki hərəkətlərinizi başa çatdıraraq yaşadığınız ünvanlara qayıdasınız. Eləcə də, komendant saatı dövründə xüsusi icazə və şəxsiyyəti təsdiq edən sənəd olmadan küçələrə və digər ictimai yerlərə çıxmayasınız”.

Azvision.az


Teqlər: DİN   Müraciət  





Xəbər lenti