Polis şöbələri işğaldan azad edilən rayonlara köçürülür

   Polis şöbələri işğaldan azad edilən rayonlara köçürülür
  11 Noyabr 2020    Oxunub:6217
Daxili İşlər Nazirliyi işğaldan azad edilən ərazilərə polis şöbələrini köçürməyə başlayıb.
Azvision.az -ın məlumatına görə, DİN-in Mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov bildirib ki, Prezident İlham Əliyevin “Azərbaycan Respublikasının işğaldan azad olunmuş ərazilərində müvəqqəti xüsusi idarəetmənin təşkili haqqında fərmanı”na uyğun olaraq Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazovun əmri ilə Xocavənd Rayon Polis Şöbəsi işğaldan azad edilən Hadrut qəsəbəsinə yerləşdirilib.

Onun sözlərinə görə, işğaldan azad edilən Füzuli, Cəbrayıl, Zəngilan və digər rayonlara da polis şöbələrinin yerləşdirilməsi fərmana uyğun olaraq davam etdirilir.

E. Zahidov onu da bildirib ki, Azərbaycan Respublikasının inzibati ərazi bölgüsünə müvafiq olaraq, polis şöbələri müvəqqəti komendantlıqlar kimi hər rayon üzrə xüsusi idarəetməni həyata keçirəcəklər.

Azvision.az



Teqlər: DİN  





Xəbər lenti