“Ermənistan tökdüyü qanların bədəlini ödədi” - Dövlət Baxçalı
Böyük zəfər münasibətilə Prezident İlham Əliyevi, Azərbaycan əsgərini təbrik edən MHP sədri deyib: “Şanlı Azərbaycan əsgəri böyük qəhrəmanlıqla erməni dəstələrini zəbt etdikləri torpaqlardan qovub çıxarıb. Qatil Paşinyan istəməsə də məğlubiyyəti ilə barışıb, əlləri titrəyə-titrəyə razılaşmanı imzalamaq məcburiyyətində qalıb”.
Zəfəri inancın uğuru və əzmin mükafatı kimi dəyərləndirən partiya sədri bildirib ki, Ermənistan tökdüyü qanların bədəlini ödəyib, məğlubiyyətini qəbul etmək məcburiyyətində qalıb, işğala son qoyulub.
Azvision.az
Teqlər: DövlətBaxçalı