Arutyunyan erməni xalqını satqın adlandırdı

   Arutyunyan erməni xalqını satqın adlandırdı
  12 Noyabr 2020    Oxunub:2159
Qarabağ separatçılarının lideri Araik Arutyunyan erməni xalqını satqın adlandırıb.
Azvision.az xəbər verir ki, bu barədə Arutyunyan "Facebook" səhifəsində canlı yayım zamanı deyib.

"Əgər kimsə satqınlığda ittiham olunmalıdırsa, o zaman bütün erməni xalqını satqınlıqla ittiham etmək olar. Torpağı kim satdı? Biz bunu xalqımızla birlikdə etdik, xəyanət etdik. Hamımız bir yerdə etdik", - deyə A.Arutyunyan bildirib.

Bundan əlavə, separatçı lider Azərbaycana qarşı döyüşlərdə aciz vəziyyətdə qaldıqlarını etiraf edib. Həmçinin bildirib ki, erməni əsgərlər vahimə içində olublar və döyüşdən qaçıblar.

Azvision.az


Teqlər: Arutyunyan  





Xəbər lenti