Türkiyə və Rusiya Qarabağda atəşkəsə birgə nəzarət edəcək - VİDEO

Türkiyə və Rusiya Qarabağda atəşkəsə birgə nəzarət edəcək  -  VİDEO
  12 Noyabr 2020    Oxunub:3634
Türkiyə və Rusiya arasında Dağlıq Qarabağda atəşkəsə nəzarət üzrə ortaq mərkəzin yaradılmasına dair memorandum imzalanıb.
Azvision.az xəbər verir ki, memorandumu Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar və Rusiyanın Müdafiə naziri Sergey Şoyqu imzalayıblar.

Qarabağ bölgəsində atəşkəsin və sabitliyin qorunmasında önəmli addım atıldığını vurğulayan H.Akar anlaşma üzrə həyata keçiriləcək fəaliyyətin bölgə üçün səmərəli və faydalı olmasını arzu edib.



Memorandumda mərkəzin vəzifə və prinsipləri müəyyənləşdirilib.

Xatırladaq ki, atəşkəsə nəzarət üzrə sülhməramlı mərkəz münaqişə tərəflərinin razılaşmalara əməl etməsinə nəzarətin səmərəliliyinin artırılması məqsədilə yaradılır. Mərkəzin yaradılması ilə bağlı müddəa Azərbaycan Respublikasının Prezidenti, Ermənistan Respublikasının baş naziri və Rusiya Federasiyasının Prezidentinin Bəyanatında yer alıb.

Birgə monitorinq mərkəzinin yaradılması qərarı tərəflərin hərbi əməliyyatların dayandırılması rejiminə uyğunluğuna etibarlı nəzarət etməyə imkan verəcək, həmçinin münaqişənin həlli üçün möhkəm zəmin yaradacaq.

Birgə mərkəz Azərbaycan ərazisində, atəşkəs rejiminə əməl olunması barədə məlumat toplayacaq, ümumiləşdirəcək və yoxlayacaq. Mərkəz müqavilələrin pozulması ilə bağlı hər hansı şikayət, sual və ya narahatlığın araşdırılması ilə məşğul olacaq.

Azvision.az


Teqlər: Türkiyə   Rusiya   Qarabağ  





Xəbər lenti