“Detallar sabah Rusiya ilə müzakirə ediləcək” - Çavuşoğlu
XİN rəhbəri bildirib ki, sabah detallar müzakirə ediləcək. "Mərkəz Azərbaycan torpağında və uyğun gördüyü yerdə olacaq. Bu mərkəz önəmli işlər görəcək. Nəzarəti həyata keçirəcək, şikayətlər olduğu vaxt onları araşdıracaq. Ümid edirik ki, Ermənistan keçmişdəki xətalarından dərs alacaq".
Qeyd edək ki, ötən gün Türkiyə və Rusiya arasında Dağlıq Qarabağda atəşkəsə nəzarət üzrə ortaq mərkəzin yaradılmasına dair memorandum imzalanıb. Memorandumu Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar və Rusiyanın Müdafiə naziri Sergey Şoyqu imzalayıblar.
Pərvanə Sultanova
Azvision.az