“Bütün istiqamətlərdə məğlub olduq” - Erməni ictimai xadim

“Bütün istiqamətlərdə məğlub olduq” -  Erməni ictimai xadim
  12 Noyabr 2020    Oxunub:2214
“Bu müharibədə həm fiziki, həm də mənəvi cəhətdən bütün istiqamətlərdə məğlub olduq. İndiki nəslin ən yaxşılarını, qaymaqlarını itirdik. Bunlar geri dönməyəcək itkilərdir”.
Azvision.az xəbər verir ki, bunu tanınmış erməni ictimai xadim, publisist Spartak Qarabağtsyan deyib. Onun sözlərinə görə, 44 gün xalqa etibar edib və inandıqları, "zəfərin" olacağını gözlədikləri halda xəyanətlə rastlaşıblar.

“Bu vəziyyətdə kim məsuliyyət daşıyır? Vəziyyət çox təhlükəlidir. 30 ildən sonra nə olacağını bilmirəm, amma yenə də daxilimizdəki “türk”dən qorxuram. Düşmənin onurğasını qırmaq istəyirdik, ancaq özümüz qırıldıq. Nə vaxt belimizi düzəldib Şuşaya qayıda bilərik?”.

Ս. Qarabagtsyan az qala Tanrını da günahkar çıxarıb: "Bu, 30 ildir ki, Tanrının bizə verdiyi hədiyyə idi. Tanrı indi kədərlənəcək və onsuz da bizdən acıqlı idi. Çünki bizə bu imkanı vermişdi. 30 il əvvəl Şuşanı “azad etdik”, amma indi nə baş verdi? Tanrı çətin ki, bizə bir də belə imkan verə”.

Erməni ictimai xadim daha sonra qeyd edib ki, cəmiyyət olaraq təhlükəli duruma düşüblər: "Güvə düşən xalça kimi parçalanırıq"

Tural Tağıyev
Azvision.az


Teqlər: Qarabağ   Ermənistan  





Xəbər lenti