“Rusiyanın rolu nədirsə, Türkiyənin də rolu elə olacaq” - Çavuşoğlu

“Rusiyanın rolu nədirsə, Türkiyənin də rolu elə olacaq” -  Çavuşoğlu
  12 Noyabr 2020    Oxunub:6935
Türkiyə-Rusiya birgə atəşkəsə nəzarət mərkəzində Rusiyanın rolu nədirsə, Türkiyənin də rolu elə olacaq.
Azvision.az xəbər verir ki, bunu Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu deyib. O bildirib ki, mərkəz tərəfindən atəşkəsi pozan tərəf müəyyən ediləcək və ona qarşı cəza tədbirləri tətbiq olunacaq.

“Sadəcə bir mərkəz olmayacaq, şöbələr də fəaliyyət göstərəcək. Detallar sabah müəyyən edildikdən sonra bu barədə məlumat veriləcək”.

Çavuşoğlu əlavə edib ki, mərkəz Rusiya, Azərbaycan və Ermənistan arasında imzalanmış razılaşmanın 5-ci bəndinə əsasən qurulur.

XİN rəhbərinin sözlərinə görə, mərkəz müzakirələrdən sonra Azərbaycanın istədiyi ərazidə olacaq.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: MövludÇavuşoğlu  





Xəbər lenti