“Azərbaycan dosta da, düşmənə də gücünü göstərdi” - Türkiyə XİN rəhbəri

 “Azərbaycan dosta da, düşmənə də gücünü göstərdi” -  Türkiyə XİN rəhbəri
  12 Noyabr 2020    Oxunub:1796
Azərbaycan Ordusu, onu dəstəkləyən qəhrəman Azərbaycan xalqı ilə qürur duyuruq.
Azvision.az xəbər verir ki, bunu Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu deyib.

O bildirib ki, Azərbaycan gücünü dosta da, düşmənə də göstərdi. Türkün nələr edə biləcəyini nümayiş etdirdi: “Azərbaycan böyük uğuru ilə bütün dünyaya türkün gücünü göstərdi. Bu, böyük uğurdur, qazilərimiz, yaralılarımız var, onlara şəfa diləyirk. Şəhidlərə, mülki əhali arasında həlak olanlara rəhmət diləyirik. Azərbaycanın qələbəsini Türkiyədə də hər kəs qeyd etdi".

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Türkiyə   Çavuşoğlu  





Xəbər lenti