YAP tərəfindən Bərdəyə humanitar yardım çatdırılıb
YAP nümayəndələri ötən həftə Bərdə şəhərinə səfər edib. Partiyanın təmsilçiləri şəhərin raket hücumuna məruz qalması nəticəsində evləri dağılmış ailələri ziyarət etmiş, onların problemləri ilə maraqlanıblar.
Bu gün isə Yeni Azərbaycan Partiyası tərəfindən Bərdə şəhərinə 500 ailə üçün nəzərdə tutulmuş humanitar yardım çatdırılıb. Partiyanın bu yardımı erməni vandalizminin qurbanına çevrilmiş, erməni təxribatı nəticəsində evləri dağılmış, eləcə də həlak olmuş vətəndaşlarımızın ailələrinə təqdim edilib.
Görüşlərdə iştirak edən Bərdə sakinləri Ali Baş Komandanımız, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın qazandığı böyük Qələbədən qürur duyduqlarını bildiriblər.
Azvision.az
Teqlər: YAP