İşğaldan azad olunan rayonlara komendantlar təyin edildi

 İşğaldan azad olunan rayonlara komendantlar təyin edildi
  12 Noyabr 2020    Oxunub:2337
“Azərbaycan Respublikasının işğaldan azad olunmuş ərazilərində müvəqqəti xüsusi idarəetmənin təşkili haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 29 oktyabr tarixli Fərmanı rəhbər tutularaq Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazovun imzaladığı əmrlərlə işğaldan azad olunmuş rayonların polis şöbələrinin rəisləri həmin rayonların müvəqqəti komendantları təyin olunublar.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, qeyd olunan Fərmandan irəli gələn digər vəzifələrin də icrası davam etdirilir.

Azvision.az


Teqlər: DİN  





Xəbər lenti