Şuşada səslənən ilk radio ASAN oldu - VİDEO

 Şuşada səslənən ilk radio ASAN oldu -  VİDEO
  12 Noyabr 2020    Oxunub:2759
ASAN Radio işğaldan azad olunan Şuşada səslənən ilk Azərbaycan radiosu oldu.
Azvision.az xəbər verir ki, Şuşa şəhəri 28 il sonra 8 noyabr 2020-ci il tarixində işğaldan azad olunub.

Operativ məlumat dalğası - ASAN Radio Azərbaycanda 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. Radionu asanradio.az saytından və mobil tətbiqlərdən dinləmək olar.



ASAN Radio Prezident İlham Əliyevin tapşırığı ilə 2015-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində yaradılıb. Elə həmin ilin dekabrın 24-də yayıma başlayıb. Bu il ASAN Radionun fəaliyyətinin 5 ili tamam olur.

Azvision.az


Teqlər: ASAN   Radio   Şuşa  





Xəbər lenti