Nazir Ermənistanın kapitulyasiyasından danışdı
Onun sözlərinə görə, sentyabrın 27-dən Azərbaycanın neft-qaz kəmərləri Ermənistanın hədəfində olub: “Onlar həm də Azərbaycanın su və elektrik stansiyalarını hədəfə alıb. Ermənistanın bir çox yüksək rütbəli məmurları dünyanın ən böyük terminallarından olan Səngəçal neft-qaz terminalını dağıtmaqla bağlı mesaj veriblər. Qlobal qaz bazarının azad geosiyasi mühitə ehtiyacı var. Buna görə də Azərbaycanın 30 illik münaqişəyə son qoyması ortaq məqsədlərimizə çatmaq baxımından da əhəmiyyətlidir. Ermənistanın hərbi kapitulyasiyası Azərbaycan torpaqlarını işğalda azad etməklə yanaşı, regional və qlobal enerji layihələrimizin təhlükəsizliyini və etibarlılığını təmin etdi”.
Azvision.az
Teqlər: Ermənistan kapitulyasiya