“Ermənilər mənə minlərlə təhdid mesajı göndərib” - Fransalı deputat

   “Ermənilər mənə minlərlə təhdid mesajı göndərib” -    Fransalı deputat
  12 Noyabr 2020    Oxunub:1341
Azərbaycanın mövqeyini müdafiə etdiyinə görə fransalı deputat ermənilərdən minlərlə təhdid mesajı alıb.
Fransa Milli Assambleyasında Azərbaycanla dostluq qrupunun vitse-prezidenti Jerom Lamber Milli Məclisdə görüş zamanı cəbhədə döyüşlər gedən günlərdə Azərbaycan həqiqətlərini dünyada yaymaq istiqamətində və Fransadakı erməni diasporuna qarşı apardıqları informasiya, eləcə də təbliğat xarakterli işlər barədə danışıb.

Fransalı deputat mətbuatda və sosial mediada yaydığı bir sıra məqalələrlə bağlı ermənilərdən 20 mindən çox mənfi reaksiya, hətta təhdid dolu mesajlar aldığını bildirib.

Azvision.az


Teqlər: Fransa   Deputat  





Xəbər lenti