Monteneqroda Azərbaycanın Qələbəsi münasibətilə yürüş keçirildi

Monteneqroda Azərbaycanın Qələbəsi münasibətilə yürüş keçirildi
  13 Noyabr 2020    Oxunub:1219
Monteneqronun paytaxtı Podqoritsada və Herseq Novi şəhərində Azərbaycanın Qarabağda qazandığı böyük Qələbə münasibətilə yürüş və avtoyürüş təşkil olunub.
Diasporla İş üzrə Dövlət Komitəsindən Azvision.az -a bildirilib ki, yürüşdə Monteneqrodakı Azərbaycan diasporunun üzvləri, o cümlədən Azərbaycan bu ölkədəki diplomatik nümayəndəliyinin əməkdaşları, Azərbaycan–Monteneqro İqtisadi və Mədəni Əlaqələr Mərkəzinin üzvləri iştirak ediblər.

Yürüş iştirakçıları bu tarixi gün münasibətilə Azərbaycanın görkəmli ədibi Hüseyn Cavidin Podqoritsa şəhərindəki büstünü də ziyarət ediblər. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Azərbaycan-Monteneqro İqtisadi və Mədəni Əlaqələr Mərkəzinin direktoru Seyran Mirzəzadə yürüş iştirakçılarını tarixi Qələbə münasibətilə təbrik edib, bunun Müzəffər Ali Baş Komandan İlham Əliyevin iradəsi, diplomatik məharəti və müdrikliyi, rəşadətli Azərbaycan Ordusunun cəsarəti və igidliyi nəticəsində əldə olunduğunu bildirib.

Yürüş iştirakçıları bu xoşbəxt günləri xalqımıza yaşadan Müzəffər Ali Baş Komandan İlham Əliyevə və şanlı Ordumuza təşəkkürlərini ifadə ediblər.

Azvision.az


Teqlər: Monteneqro   Qələbə  





Xəbər lenti