“Türkiyənin yeri həm döyüş meydanında, həm də danışıqlar masasındadır” - Hulusi Akar

   “Türkiyənin yeri həm döyüş meydanında, həm də danışıqlar masasındadır” -    Hulusi Akar
  13 Noyabr 2020    Oxunub:2895
“Qarabağ sazişində Türkiyənin yeri haradadır deyə soruşanlara cavab verirəm: Türkiyənin yeri bu məsələnin kökündə, həm döyüş meydanında, həm də danışıqlar masasındadır”.
Azvision.az APA-ya istinadən xəbər verir ki, bunu Türkiyənin Müdafiə naziri Hulusi Akar jurnalistlərin suallarını cavablandırarkən deyib.

Nazir bildirib ki, Türkiyə hazırda regionda daimi atəşkəsə, sülhə, sabitliyə, rifaha və sərhədlərin təhlükəsizliyinə nail olunması üçün cəhdlərini davam etdirir: “Çalışdığımız odur ki, kimsə kimsənin haqqına girməsin, məsələ budur”.

H.Akar deyib ki, sabah Rusiyadan geniş bir heyət gələcək: “Taktikamız və texniki olaraq kimin yeri harada olacaq, bunlar müəyyən ediləcək”.

Azvision.az


Teqlər: HulusiAkar  





Xəbər lenti